Şəmşad Ağa və Şahnaz Bəylərqızı həbs olundu

semsad sahnaz scaled

“Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

***14:56

Məhkəmə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onunla bağlı təqdimata Xətai rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, təqdimat təmin olunub, Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

***13:05

“Arqumet.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) və jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hər iki təqdimata Xətai Rayon Məhkəməsinda baxılacaq.

Şəmşad Ağa ilə bağlı təqdimat hakim Rəfail Sadıqovun, Şahnaz Bəylərqızı ilə bağlı təqdimat isə hakim Fuad Axundovun icraatına verilib.

Qeyd edək ki, Şəmşad Ağa və Şahnaz Bəylərqızı ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb.