Şəmkir rayonunda görmə qabiliyyətini itirmiş ahıl qadın sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.
Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
Onun meyiti tibbi ekspertizaya aparılıb, şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.