Şəmkirdə mağazadakı yanğın söndürüldü – YENİLƏNİB

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Globalinfo.az xəbər verir ki, yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Şəmkirdə yanğın hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, hadisə Şəmkir şəhərinin 20 Yanvar küçəsində yerləşən bazar ərazisində qeydə alınıb.

Mağazada baş verən yanğın digər dükanlara da keçib.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Şəmkir şəhəri, 20 Yanvar küçəsində bazar ərazisində yanğın baş verib.

FHN də yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.