Şəmkirdə kanalda batan şəxslərin meyiti sudan çıxarılır – FOTO

1749836596 absheron kanal cirkab su

Şəmkir rayonunda su kanalında batanların kimliyi açıqlanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, suda boğulanlar 2004-cü il təvəllüdlü Ümid Elxan oğlu İbrahimov və 20 yaşlı Aliyə Həsənovadır.

Ü.İbrahimovun nəşi sudan çıxarılıb. Hazırda digər şəxsin axtarışları davam edir.

HAft5h6i6UZHXuu2VjScm3MWy0putw10TjgWGtis 640

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.