Şəmkirdə 6-cı sinif şagirdi olan qız qəfil öldü – FOTO

Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyin şagirdi qəfil dünyasını dəyişib.

Globalinfo.az bildirir ki, liseyin 6-cı sinfində oxuyan Nəcəfli Nuray Pərviz qızı qəfil yaranmış nəfəs darlığı səbəbi ilə həyatını itirib. Bu haqda liseyin feysbuk səhifəsində məlumat verilib.

Məlumatda bunlar yazılıb:

“Bu gün acı bir xəbər bütün kollektivimizi sarsıtdı. Məktəbimizin 6ç sinif şagirdi Nəcəfli Nuray Pərviz qızının vaxtsız vəfatı hamımızı dərin kədərə boğdu. Məktəbimizin mehriban, sevimli şagirdlərindən biri olan Nuray sinfin nümunəvi, eyni zamanda savadlı şagirdlərindən biri idi. O həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi.

Məktəbin müəllim və şagird kollektivi adından Nurayın ailəsinə, qohumlarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirik.

Nuray daim qəlbimizdə yaşayacaqdır.

Allah rəhmət eləsin!”.

Zaira Akifqızı
Globalinfo.az