tufeng

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb.

Yeniyetmənin atası səhər saatlarında evə gələrkən oğlunu çağırsa da, cavab almayıb. O, evə daxil olub və bu vaxt övladının meyitini aşkarlayıb. Meyitin yanında valideynə məxsus ov tüfəngi və boş patron da aşkar edilib.

Ehtimal edilir ki, yeniyetmə silahı götürüb təmizləmək istəyərkən güllə açılıb. Nəticədə, o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***13:09

Şəmkirdə bədbəxt hadisə baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.

    İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

    Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Paylaş: