Şəmkirdəki güllələnmə buna görə baş verib – İlginc səbəb

Şəmkirdə yeznənin qaynını güllələməsinin təfərrüatı məlum olub.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, Alavaşlı kənd sakini Naib Həsənovun toyuqları yeznəsi Mais Ələkbərovun həyətinə keçib. Bu zaman qohumların arasında mübahisə düşüb. Dava zamanı Mais Ələkbərov Naib Həsənovu döyüb. Bundan əsəbiləşən Naib yeznəsi Mias Ələkbərovu özünə məxsus ov tüfəngindən atəş açaraq yaralayıb.

Hadisəni törədən Naib Həsənov polis tərəfindən saxlanılıb.

***13:24

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb. Kənd sakini olan 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyən olunub. O, müvafiq səndələri olan odlu silahla saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Məlumata görə, saxlanılan şəxs güllələnən Mais Ələkbərovun qohumudur.