“Semaşko”da dava düşdü: mühafizəçi döyüldü

Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşko) dava düşüb.

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, xəstəxanaya ziyarətə gələn xəstə yaxınları İbrahim adlı mühafizəçiyə hücum edərək, onu döyüblər.

Faktla bağlı araşdırma aparılır.