1718295065 b1a5a54b 164c 3e51 a061 1a52a8a15649 850

Sosial şəbəkələrdə işıqforun sellofanla “təmir edildiyi”ni əks etdirən görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov özünün Feysbuk hesabında məsələyə aydınlıq gətirib.

“Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib”, – deyə NİİM nümayəndəsi qeyd edib.

Paylaş: