Səlahəddin Dəmirdaş siyasətdən getdi – FOTO

Türkiyənin Ədirnə həbsxanasında saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Səlahəddin Dəmirdaş aktiv siyasətdən çəkildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, özünün tviter hesabında paylaşım edib.

Demirtaş xalqa layiq siyasət ortaya qoya bilmədiyinə görə öz adından səmimi qəlbdən üzr istədiyini bildirib.

“Söz verirəm ki, əməli səylərimlə bu nöqsanları düzəldəcəyəm. Mənə ünvanlanan konstruktiv tənqidlərə də təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam”, – deyə o əlavə edib.