Sel bu rayonda da fəsadlar törədib – VİDEO

İntensiv yağan yağışlar nəticəsində Goranboy rayonunun Yuxarı və Aşağı Ağcakənd qəsəbələri habelə digər kəndlərdə yaranmış sel suları bir sıra fəsadlar törədib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Globalinfo.az-a verdiyi məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə gələrək vətəndaşlara köməklik göstəriblər.

Hadisə nəticəsində bir neçə baş mal-qaranı sel aparmış, vətəndaşlara məxsus evlərə ziyan dəyib.

Hazırda polis əməkdaşları qəsəbə və ətraf kəndləri Goranboy rayonu ilə birləşdirən yolun bərpa edilərək istifadəyə verilməsi üzrə aidiyyəti qurumlarla birlikdə xidmət aparır.

Nəqliyyatın hərəkəti bərpa olunub, araşdırmalar davam etdirilir.