Şəkidə güclü yanğın: söndürülməsinə xeyli canlı qüvvə cəlb olundu

67d9c951d6f1f67d9c951d6f20174232609767d9c951d6f1d67d9c951d6f1e

Şəkidə çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, axşam saat 17 radələrində Şəki rayonu Baş Şabalıd kənd inzibati ərazisinin yaxınlığında çətin relyefi yüksən dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üşün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikası, canlı qüvvəsi və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yanğın 15 hektar ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə olduğu üçün yanğının söndürülməsində ancaq əl əməyindən və yanğınsöndürən balonlardan istifadə edilir.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Şəki rayonu, Baş Şabalıd kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.
1742321697 17423175644625852156 1200x630 1742321727 1742317564865054106 1200x630 1742321703 17423175645402315257 1200x630