Şəkidə fermerlərə dəymiş ziyana görə nə qədər kompensasiya ödəniləcək?

Bu il Şəkidə 800 torpaq sahəsində hadisə qeydə alınıb, bu hadisələr üzrə gözlənilən ödənişlərin ümumi məbləği təqribən 800 min manat təşkil edəcək.

Bu barədə Globalinfo.az-a Aqrar Sığorta Fondundan (ASF) məlumat verilib.

Əkin sahəsində sığorta hadisəsi baş verən fermerlərə Fond tərəfindən müvafiq SMS bildirişlər göndərilib.

Ödəniş barədə SMS alan Şəki fermerləri Fondun Şəki rayonundakı filialına müraciətlə sığorta tələbi üçün razılıq ərizəsi və bank rekvizitlərini təqdim edirlər.