
Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb.
Globalinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə yerində həyatını itirən şəxs 68 yaşlı Köndələn kənd sakini Yusif Mustafayev olub.
Yaralanlar isə “KamAz” sürücüsü 35 yaşlı Balakən rayon sakini Oruc Muradov və traktor sürücüsü, Baş Göynük kənd sakini 31 yaşlı Samir Abdullayevdir.
Hər iki yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
**
20:04
Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.
Bu gün saat 17:00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.
Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “KamAZ” və traktorun sürücüsü xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.