“Tehran ABŞ-la birbaşa danışıqlar üçün ciddi hazırlıq gördü, lakin Vaşinqton rədd etdi”.
Globalinfo.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Salar Vilayətmədar deyib.
O bildirib ki, Nyu Yorkda keçiriləcək iclas üçün Avropa Üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirlərinin və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkofun iştirakını xahiş ediblər.
“Biz 5 nəfərlik iclasda əsas strateji və regional məsələləri müzakirə etməyə hazır idik. Lakin iclasa qatılmaqdan imtina edən tərəf ABŞ oldu. Avropalı üç nazir bu qərardan şoka düşdü. Lakin səhv bizdə deyildi, ABŞ-da idi”, – Velayətmədar əlavə edib.
Tahir Turan
Globalinfo.az