“Sehrli xalat”ın baş qəhrəmanları 60 il sonra… – FOTO

“Sehrli xalat” filminin baş qəhrəmanları 60 il sonra bir araya gəliblər.

Globalinfo.az bildirir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə paylaşım edib.

“Sehrli xalat” filminin baş qəhrəmanlarını 60 il sonra bir araya gətirdik! Özü də sehrli xalatın ətrafında! Rəşid (Azər Qurbanov), Arif (Nazim Mustafayev), Eldar (Yusif Şeyxov) və Zərifə (Solmaz Hətəmova)!”, – deyə Ə.Novruzəliyev bildirib.

Qeyd edək ki, ABŞ-də yaşayan Azər Qurbanov toplantıya onlayn qatılıb.