Şəhriyarın “məndən sonra odur” dediyi şairimiz vəfat etdi – FOTO

Güney Azərbaycanın Marağa şəhərində yaşayan Mirza Hüseyn Kərimi Marağayi vəfat edib.

Globalinfo.az xəbər verir ki, o, Marağada müalicə olunduğu “Əmir əl-Möminin”” xəstəxanasında 92 yaşında ürək çatımazlığından dünyasını dəyişib.

Qeyd edək ki, o, 1931-ci ildə Marağa şəhərində anadan olub. İranda Azərbaycan türkcəsində məktəbin olmamasına baxmayaraq tanınmış satiraçı şeirlərinin demək olar ki, hamısını Azərbaycan türkcəsində yazıb.

Deyilənə görə, görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyar Azərbaycan şairlərinin konqresində çıxış edən zaman M.Marağayinin onun ədəbi varisi olduğunu deyib.

Aqşin
Globalinfo.az