Putin Türkiyədə həbs ediləcək? – Qəribə versiya

Vladimir Putin yaxın zamanlarda Türkiyəyə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bununla bağlı amerikalı siyasi analitik Mayk Doran tviter hesabında paylaşım edib.

Paylaşımın şərh bölümündə Putinin Türkiyədə həbs edilmə ehtimalı müzakirə edilib.

Xatırladılıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya Prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib. Lakin Türkiyənin Roma Statutunu qəbul etmədiyi üçün Putini belə bir təhlükənin gözləmədiyi vurğulanıb.

Ayşən Mustafa
Globalinfo.az