Şəhidlər Xiyabanında insident törədən şəxslə bağlı YENİ FAKTLAR

Yanvarın 20-də Şəhidlər Xiyabanında əhalinin ziyarətə sıx gəldiyi vaxt insident törədən şəxslə bağlı maraqlı faktlar məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaradan və polisin tələbinə tabe olmadığı üçün saxlanılan 1997-ci il təvəllüdlü Anar Hüseynov “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. O, saat 16:30 radələrində Şəhidlər Xiyabanında “Allahu əkbər” deyə ucadan qışqıraraq dini şüarlar səsləndirməyə başlayıb. Əhalinin arasına qarışıb gözdən itən Anarı polislər 1 gün sonra tapa bilib.

O, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Hüseynova 30 sutka həbs cəzası təyin edilib.

Malik
Globalinfo.az