Şəhidin 5-ci övladı doğuldu – FOTOLAR

Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Elvin Qeybəliyev Ağalar oğlunun övladı dünyaya gəlib.

Globalinfo.az xəbər verir ki, Bakı şəhərində doğulan Məhəmmədəlinin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Qeyd edək ki, Şəhid Elvin Qeybəliyevin üzünü görə bilmədiyi Məhəmmədəlidən başqa 4 övladı var.