Şəhidimizin bacısı faciəli şəkildə öldü – YENİLƏNDİ

22:45

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

Globalinfo.a APA-ya istinadla xəbər verir ki, hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

O, aldığı xəsarətlərdən yerində ölüb.

Qafqazinfo-nun məlumatına görə, faciəli şəkildə ölən gənc qız Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır.

Vətən müharibəsinə könüllü qatılan Rəcəb Məmmədov Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.