sehid sebuhui

Aprelin 12-də Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid Səbuhi Tağıyev dəfn edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şəhid Şahbuz rayonunun Badamlı qəsəbəsində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

***13:54

Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib.

Şəhid Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunacaq.

Qeyd edək ki, Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi hazırda Badamlı qəsəbəsində yaşayır.

***12:02

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvan Muxtar Respublikasına yola salınıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, onun nəşi bu gün ailəsinə təhvil veriləcək.

Şəhidin cənazəsi Şahbuz rayonu Badamlı qəsəbəsində dəfn olunacaq.

Qeyd edək ki, şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Şada kəndində anadan olub. O, sonradan ailəsi ilə birlikdə Badamlı qəsəbəsinə köçüb.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Allah rəhmət eləsin!

sehid 1

Paylaş: