Şəhid övladları üçün güzəştlər qüvvəyə mindi

“Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər”. 

Globalinfo.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, “Vergi Məcəlləsinə” edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır:

“Şəhidlərimiz övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynlər, həyat yoldaşları ilə yanaşı övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvəllər bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu.

Yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır. Bu şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək”.