Şəhid Orxanın 40 mərasimidir, Vasif də iştirak edir – FOTO

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncədə keçirilən yas mərasimində səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev də iştirak edir.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov xəsarət alıblar.

O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib.