Şəhid Orxan Əsgərov sabah dəfn ediləcək

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun Bakının Yeni Yasamal qəsəbəsindəki evində yas mərasimi keçirilir.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun mərasimdə iştirak edən əməkdaşlarının məlumatına görə, mərhumun yaxınları bildiriblər ki, dəfn mərasimi sabah keçiriləcək və şəhid Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şəhidimizin nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, terror aktı nəticəsində daha iki nəfər yaralanıb, vəziyyətləri qənaətbəxşdir.