can sehid

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və Qəbələ rayon sakinləri iştirak ediblər.

***14:07

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayevin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib.

Hazırda ailəsinin yaşadığı evdə M.Qarayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

​2001-ci il təvəllüdlü​ M.Qarayev evin tək oğlu və ali təhsilli olub.

O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.​

c821a92b 2877 3c6a 8bc3 caba86d92049
47b9c037 a90f 38ca af02 048764d61f4d
5eeed342 feae 3ba4 b9c6 c34bb3e7a735
eb7fe508 fc24 3402 b0d3 dee3208c076c
9580cf2e 67cb 3470 9471 42a3e400d603

***08:55

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini idi.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

seh 111 seh 112

Paylaş: