sehid anasi

Vətən müharibəsi şəhidi Təbriz İbrahimovun anası vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası Almas Qurbanova Salyan rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, T. İbrahimovun atası da 2019-cu ildə vəfat edib.

1992-ci il təvəllüdlü Təbriz İbrahimov müddətdən artıq hərbi qulluqçu kimi Vətən müharibəsində iştirak edib və Murovdağ döyüşü zamanı itkin düşüb. Onun nəşi 2021-ci ilin mayında tapılaraq İkinci Fəxri xiyabanda dəfn edilib.

55ce45a2 4f3d 4713 b7f0 0084f17a8fc5
473959419 1956431194881359 7863907772384653282 n

Paylaş: