Vətən müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub.

Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Attestat şəhid anasına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən evində təqdim olunub.

Yeganə Tağıyeva qəbul imtahanlarına hazırlaşaraq orta ixtisas təhsili almaq fikrində olduğunu bildirib.

IMG 20240723 140319 1 rdui7t6fugj
IMG 20240723 140721 1 cdr6fygjnk
IMG 20240723 140735vftyuiop

Paylaş: