“Qəzza zolağında saxlanılan girovların azad edilməsinə oktyabrın 13-də səhər tezdən başlanılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Nazirlər Kabinetinin sözçüsü Şoş Bedrosyan deyib.
“Biz 20 canlı girovun hamısının bir anda Qırmızı Xaça təhvil verilməsini gözləyirik. Onlar HƏMAS terror təşkilatının heç bir mərasimi olmadan altı və ya səkkiz maşında təhvil veriləcək, – deyə o bildirib.
Bedrosyan əlavə edib ki, İsrail dərhal bütün girovları qəbul etməyə hazırdır.
Əliyar Xəlil
Globalinfo.az