“Şəhər içində şəhər” konsepsiyası üzrə əməkdaşlıq… – FOTOLAR

"Şəhər içində şəhər" konsepsiyası üzrə əməkdaşlıq... - FOTOLAR

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.

Globalinfo.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb.

Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.

"Şəhər içində şəhər" konsepsiyası üzrə əməkdaşlıq... - FOTOLAR "Şəhər içində şəhər" konsepsiyası üzrə əməkdaşlıq... - FOTOLAR