Səfirimizdən “France24”-ün Araiklə müsahibəsinə SƏRT REAKSİYA

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24” telekanalının Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçı-terrorçu rejimin qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, səfir tviterdə paylaşımında telekanalın bu addımını pisləyib.

Azərbaycanlı diplomatın sözlərinə görə, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24” tərəfindən yayımı separatizmin təbliğinə təkan verir, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.