rehman mustafaev

Mayın 30-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının bir sıra məsələləri, o cümlədən informasiya təhlükəsizliyi sahəsində fikir mübadiləsi aparılıb.

Hər iki tərəf 22 fevral 2022-ci ildə ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Paylaş: