Səfirimiz Əfqanıstanda: rəsmi məktubu təqdim etdi – FOTOLAR

Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Kaxar Balxi “X” platformasında bildirib.

Azərbaycan Respublikasının Kabildəki səfiri İlham Məmmədov xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktub təqdim edib.

Qeyd edək ki, 13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.