Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazaləri Azərbaycana yola salınıb.
Globalinfo.az xəbər verir ki, cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Koltsevo hava limanının yük terminalına çatdırılıb.
Daha sonra mərhumların ailə üzvlərinin müşaiəti ilə Ural hava yollarına məxsus təyyarə ilə Bakıya yola salınıb. Təyyarənin Bakıya yerli vaxtla 20:25-də çatacağı gözlənilir.
***15:17
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanının yük terminalına təhvil verilib.
Globalinfo.az xəbər verir ki, cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Koltsevo hava limanının yük terminalına çatdırılıb.
Cənazələr Ural hava yollarına məxsus təyyarə ilə yerli vaxtla saat 18:15-də göndəriləcək. Reysin Bakıya 20:25-də çatacağı gözlənilir.
***14:25
Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib.
Qeyd edək ki, meyitlərin üzərində zorakılıq əlamətləri var.
Video REAL TV-yə məxsusdur
***12:13
Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.
Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.
***10:11
Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.






