sedat peker1

Türkiyədə barəsində axtarış elan edilən, hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan qeyri-qanuni mütəşəkkil qruplaşmanın rəhbəri Sədat Pekər növbəti jesti ilə yenidən diqqət mərkəzinə gəlib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, S.Pekər səhhətində yaranan problemlərdən dolayı iflic olaraq təqaüdə çıxan xüsusi təyinatlı polis nəfəri Ömər Qorxmazın kök hüceyrə müalicəsi və digər müvafiq xərclər üçün vəkili vasitəsilə 1 milyon 800 min lirə (təxminən 84 min manat) məbləğində yardım göndərib.

MHP-çi deputat İzzət Ülvi Yönter bununla bağlı sosial şəbəkə səhifəsində “Allah razı olsun. Polisimizə təcili şəfalar diləyirəm” sözlərini yazıb.

Paylaş: