Seda Sayan və həyat yoldaşı təcili xəstəxanaya yerləşdirildi – FOTO

Məşhur türkiyəli müğənni Seda Sayan və həyat yoldaşı Çağlar Ökten təcili xəstəxanaya yerləşdiriliblər.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Seda Sayan İnstaqram hesabında paylaşım edib.

Sənətçi əri ilə birlikdə xəstəxanadan fotolarını paylaşıb və epidemiya ilə bağlı xəbərdarlıq edib.

“Epidemiya var. İkimizin də vəziyyəti pisləşdi. Ehtiyatlı olun. Epidemiya gizli-gizli yoluxur. Heç kimi qucaqlamayın, öpməyin”, – deyə sənətçi bildirib.

Qeyd edək ki, 60 yaşlı Seda Sayan 2022-ci ildə özündən yaşca kiçik Çağlar Öktenlə ailə həyatı qurub.