Seçkiqabağı təşviqat başladı: lövhələrə məlumatlar vurulur – FOTOLAR

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. 

Artıq seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir.

Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən təşviqatın gedişi ilə bağlı çəkilən fotoları təqdim edir: