Seçkinin nəticələri bu saatda açıqlanacaq – Əbubəkir Şahin

“Ali Seçki Komissiyasının  (YSK) qərarlarına görə, seçki nəticələrinin yerli vaxtla saat 21:00-dan (Bakı vaxtı ilə 22:00) əvvəl açıqlana bilməz. Nəticələrin bu saatdan öncə ekranda yayımlanması qadağandır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Radio və Televiziya Şurasının sədri Əbubəkir Şahin Tvitter hesabında yazıb.

Əbubəkir Şahin bildirib ki, YSK nəticələri 21:00-dan əvvələ də açıqlaya bilər.