Novella Cəfəroğludan dünənki seçkilər haqda açıqlama

“Biz bütün dünyaya göstərdik ki, normal seçki keçirə bilirik”.

Globalinfo.az xəbər verir ki, bunu “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Novella Cəfəroğlu brifinqdə deyib.

O bildirib ki, Azərbaycan bu seçkilərlə yeni eraya qədəm qoyur.

Novella Cəfəroğlu, həmçinin qeyd edib ki, 500-dən çox müşahidəçi ilə məntəqələrdə müşahidələr aparıblar:

“Müxtəlif məntəqələrdəki müşahidəçilərdən aldığımız məlumatlardan məlum oldu ki, seçkilər nizam-intizamla keçirilib. Qayda pozuntusuna rast gəlinməyib”.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Səidə Qocamanlı deyib ki, növbədənkənar prezident seçkilərində Qarabağı görməyən, amma ata-baba torpaqları olan yerlərdə müşahidə aparan gənclər də prosesi izləyiblər:

“Bu gənclərimiz Qarabağı gördülər, orada seçki prosesini izlədilər. Buna görə hesab edirəm ki, bu seçkilər tarixə yazılan bir gün oldu”.