Seçkilərdə inanılmaz olay: Terrorçunun adından səsverməyə gəldi…

Türkiyənin Siirt şəhərində öldürülən PKK terrorçusunun adından səs vermək istəyən şəxs saxlanılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Siirt Valiliyi məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Ravşan Aşkara adlı PKK üzvünün yaxın qohumu onun adından seçkidə iştirak etmək istədə, onun qarşısı alınıb.

Siirt prokurorluğunun göstərişi əsasında həmin şəxs barəsində lazımi hüquqi işlərə başlanıb.