MSK seçkilərin yekun nəticəsini elan etdi

Seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində liderdir.

Globalinfo.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, 6537 məntəqədən daxil olan məlumatlar əsasında digər namizədlərin topladığı səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – 2,17 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – 1,98 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev – 1,72 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – 0,80 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev – 0,66 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev – 0,53 faiz.

***08:50

Növbədənkənar prezident seçkilərində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi davam edir.

Globalinfo.az-ın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, daxil olan protokollardan sonra artıq seçkilərdə seçici fəallığı və prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.Qeyd edək ki, fevralın 8-də 125 seçki dairəsi üzrə 6 537 məntəqədən 3 561-dən (93,35 faiz) daxil olan nəticələrə əsasən, seçici fəallığı 76,73 faiz olub. İlkin nəticələrə əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimi olub:

– İlham Əliyev – 92,05 faiz;

– Zahid Oruc – 2,19 faiz;

– Fazil Mustafa – 2 faiz;

– Qüdrət Həsənquliyev – 1,76 faiz;

– Razi Nurullayev – 0,8 faiz;

– Elşad Musayev – 0,67 faiz;

– Fuad Əliyev – 0,53 faiz.

Hazırda dairələrdən daxil olan daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. Namizədlərin topladığı səslər isə aşağıdakı kimidir:

– İlham Əliyev – 92,12 faiz (4 577 693 səs) ;

– Zahid Oruc – 2,17 faiz (107 877 səs);

– Fazil Mustafa – 1,98 faiz (98 623 səs);

– Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs);

– Razi Nurullayev – 0,80 faiz (39 797 səs);

– Elşad Musayev – 0,66 faiz (32 956 səs);

– Fuad Əliyev – 0,53 faiz (26 561 səs).

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyaları tərəfindən seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu proses fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.