Səbuhi Məmmədli süni tənəffüs aparatına qoşuldu – YENİLƏNİB

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, jurnalistin vəziyyəti ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

***13:38

Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.

TƏBİB-dən Globalinfo.az-a verilən xəbərə görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***12:07

Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Globalinfo.az-a verilən xəbərə görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alır.

***11:01

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. 

Globalinfo.az bildirir ki, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Məsləhət görülüb ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur.

Əlacsız qalan jurnalist “Zəfəran” klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.

TƏBİB-dən Lent.az-a bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.