Səbuhi Məmmədlinin vəziyyəti açıqlandı

Bir neçə gündür səhhəti ilə bağlı problem yaşayan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti açıqlanıb. 

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, jurnalistin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Səbuhi Məmmədli avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunub. Xroniki böyrək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet xəstəliyi üzrə də müalicəsi davam etdirilir.

Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl digər ətrafın amputasiyası əməliyyatı da icra olunub.