Bakı şəhəri, Səbail rayonunda yerləşən qamışlıq ərazidə başlayan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.
***16:16
Bakı şəhəri, Səbail rayonunda yerləşən qamışlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Globalinfo.az-a verilən məlumata görə, hadisə Salyan şosesində qeydə alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Yanğından görüntüləri təqdim edirik:
Video Oxu.az-a məxsusdur