Günün sonuncu oyununda “Sabah”la “Araz-Naxçıvan” üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, oyundan tərəflər hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Qeyd edək ki, daha öncə “Kəpəz” “Neftçi”yə 4:3 hesabıyla qalib gəlib. “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” oyunları sabah keçiriləcək.

***

Bu gün “Səbail” öz meyanında “Şamaxı” ilə qarşılaşıb.

Globalinfo.az xəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran “Səbail” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Şamaxı” isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Bu gün daha bir oyunda “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 6-da keçiriləcək. Bununla da çempionatda 1-ci dövrəyə yekun vurulacaq.

Xatırladaq ki, turun açılış matçında “Kəpəz” “Neftçi”ni 4:3 hesabı ilə məğlub edib.

Paylaş: