Saytlara qadağa gəldi – Bu məlumatları yayanlar…

Saytlara şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə ediləcək “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına yol verməməlidir.

Eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə – on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.