Ötən gün “General Hospital” tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsi ilə bağlı xəbər yayımlanmışdı.
Globalinfo.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Mərkəz tərəfindən araşdırma aparılır:
“Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.
Əlavə olaraq bildirilir ki, aidiyyəti müəssisə ilə bağlı Mərkəz tərəfindən bir neçə dəfə tədbirlər görülüb”, – cavabda qeyd olunub.