diplom ela

”Saxta diplom almış şəxslər arasında rəhbər vəzifələrdə çalışanlar, hətta elmi dərəcələri olanlar da var”.

Globalinfo.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, diplomu dövlət nümunəli olmayan həmin şəxslər Gürcüstanın, Dağıstanın, Dərbəndin Rusiyanın universitetlərinə qəbul olurlar və bir-iki semestr sonra Azərbaycan universitetlərinə köçürülmə edirlər. Azərbaycanda 2005-ci ildən etibarən qəbul olunmuş şəxslərin məlumatları məzun sistemində yerləşdirilib. Buna görə də elektron məlumat bazasının olmamasından istifadə edərək saxta diplom əldə edənlər çox olub. Hazırda isə ən çox hazır saxta diplomlar Ukrayna, Rusiya və Gürcüstandan əldə edilir. Diplomunun saxta olduğu müəyyənləşdirilərsə həmin müəllimin bütün elmi adları da əlindən alınır.

Kamran Əsədov deyir ki, sənəd saxtalaşdırmaq birbaşa cinayətdir. Ancaq mövcud qanunvericilikdə diplomu dövlət nümunəli olmayan müəllimlər ümumtəhsil məktəblərində müəllim vəzifəsindən azad edilmirlər, sadəcə 6 saata qədər dərs deyə bilirlər. Əgər sertifikasiya imtahanından uğur qazanmasalar, onlarla bağlanmış müqaviləyə xitam verilir.

Ekspert deyir ki, apardıqları monitoriqlərdə diplomu dövlət nümunəli olmayan və ya saxta olanlar “dekanınız kim olub, təhsil müəssisəniz neçə mərtəbədən ibarətdir” kimi bəsit suallara cavab verə bilməyiblər. Ekspert bildirir ki, Azərbaycanda lisenziyası olmayan universitetlərin  diplomları saxta hesab olunur. Buna misal olaraq Azərbaycan Beynəlxalq Universiteti, “Təfəkkür” Universitetini göstərmək olar. Saxta diplomların bir çoxu məhz həmin universitetlər vasitəsilə də verilib. Hətta bəzi rəsmi qurumlar da bilmədən bu prosesdə iştirak ediblər.

Təhsil eksperti hesab edir ki, kim ki diplomu bu vəya digər qanunsuz yolla əldə edibsə həmin səxsə qanunvericiliyin ən sərt cəzası tətbıq edilməlidir ki, digər ınsanlara da nümuna olsun.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomların həqiqiliyinin yoxlanılması indi çox asandır. Agentlik həmin ölkələrə sorğular göndərərək bunu müəyyənləşdirə bilir. Lakin hazırda Ukraynada müharibə getdiyi üçün o ölkənin diplomlarının həqiqiliyini dəqiqləşdirmək olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Paylaş: