Xəbər verdiyimiz kimi, Ermənistan polisi erməni kriminal avtoritet Rüstəm Stepanyanı yaxalayıb.
Globalinfo.az xəbər verir ki, “Yağ Rüstəm” ləqəbi ilə tanınan avtoritetin Baş nazir Nikol Paşinyanla əlaqəsinin olduğu iddia edilir.
Belə ki, R. Stepanyanın Paşinyanın “xaç oğlu” olan hakim “Mülkü müqavilə” fraksiyasının deputatı Hayk Sərkisyana yaxın şəxs olduğu deyilir. Məlumata görə, onlar arasında çox yaxın münasibət olub. Hətta baş nazir də avtoriteti öncədən tanıyıb.
Hazırda müxalifət arasında baş nazirin H.Sərkisyana deputat mandatından imtina etməsi tələbini irəli sürməsi gözlənilir.
Qeyd edək ki, R.Stepanyan “Faz” ləqəbli Sergey Qriqoryanın ölüm əmrini verməkdə ittiham olunur.
Ayşən Mustafa
Globalinfo.az