Şavkat Mirziyoyev: “Azərbaycanın sədrliyi təşkilatın nüfuzunu artırıb”

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq aləmdə nüfuzu kəskin şəkildə artıb”.

Globalinfo.az bildirir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə deyib.

O, Bakı şəhərində göstərilən səmimi münasibətə və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.